Tramp Rusiyadan Krımı Ukraynaya qaytarmağı gözləyir
14 fevral, 2017 23:50
ABŞ Rusiyanın Krımı Ukraynaya qaytaracağını və Donbasda gərginliyin azaldılması üçün tədbir görəcəyini gözləyir.
1news.az “Report”a istinadən xəbər verir ki, bunu brifinqdə ABŞ prezidentinin mətbuat xidmətinin rəhbəri Şon Spayser deyib:
“Donald Tramp açıq şəkildə işarə etdi ki, Rusiya hökumətindən Ukraynada zorakılığa son qoymağı və Krımın qaytarılması üzrə addım atmağı gözləyir. Eyni zamanda, prezident Rusiya ilə dostluq şəraitində yaşamaq istəyir”, - deyə Spayser bildirib.
1news.az