Əl-Babın çox hissəsi İŞİD-dən təmizləndi
14 fevral, 2017 21:06
“Azad Suriya Ordusu” Suriyanın Əl-Bab şəhərinin çox hissəsini nəzarətə götürüb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib:
“Bizim məqsədimiz Türkiyə və İŞİD-in zəbt etdiyi ərazilər arasında nəqliyyat dəhlizlərini nəzarətə götürmək olub”, - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, Türkiyə aviasiyası “Fərat qalxanı” İŞİD silahlılarının Əl-Babda fəal istifadə etdikləri tunellərin çox hissəsini dağıdıb.
Şəhərin bir hissəsi hələ də silahlıların nəzarətində qalmaqdadır.
1news.az