Xəbərlər

Makedoniya prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək
14 fevral, 2017 16:33

Makedoniya prezidenti George İvanov və xanımı Maja İvanova mart ayında Azərbaycana səfər edəcəklər.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, səfərin məqsədi komitənin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir.

Qeyd olunub ki, Makedoniya prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə yaxından əməkdaşlıq edir. George İvanov III və IV Qlobal Bakı forumlarında, həmçinin Mərkəzin İtaliya, Bosniya və Herseqovinada keçirilmiş Ali Səviyyəli toplantılarında iştirak edib. Bundan başqa, Makedoniya Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Gənc Liderlər Məktəbi də artıq 3 ildir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edir.

V Qlobal Bakı Forumunda Makedoniya dövlət başçısı ilə yanaşı, Latviya prezidenti Raymond Veyonis, Albaniya prezidenti Buyar Nişani və digər ölkələrin indiki, həmçinin keçmiş rəhbərləri iştirak edəcək. Növbəti forum “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunub. Nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri mövzusunda fikir mübadiləsi aparacaq, həll yolları təklif edəcəklər.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.