Xəbərlər

Ötən il 1 milyondan çox abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib
13 fevral, 2017 23:12

Ötən il 1 milyondan çox abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu barədə ASC-nin 2016-cı il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 2016-cı ildə ölkəmizdə mühüm sosial-iqtisadi tədbirlərin həyata keçirildiyini, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atıldığını bildirib. ASC sədri qeyd edib ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq sosial və infrastruktur layihələrinin icrası davam etdirilib, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılıb.

2016-cı ildə “Azərsu” ASC tərəfindən 1 milyon 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib, il ərzində istehlakçılara 639 milyon kubmetr su satılıb. Hesabat dövründə 745 kilometr içməli su, 435 kilometr kanalizasiya xətləri çəkilib, 15 ədəd su anbarı tikilib, 26 subartezian quyusu qazılıb, 116 min sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6 faizə, ölkə üzrə 65,6 faizə yüksəlib. Prezident İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasına dair tapşırıqlarına uyğun olaraq 2016-cı ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın şəhər və rayon mərkəzlərində, kəndlərdə layihələr icra edilib. Hesabat dövründə Tərtər Beyləqan və Qusar şəhərlərində dövlət başçısının iştirakı ilə su və kanalizasiya sistemlərinin açılış mərasimlərinin keçirilməsi ilin ən əlamətdar hadisələri olub. Bununla yanaşı, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə magistral su xətti çəkilib, Şirvan şəhərinə yeni birləşmə verilib. Bununla da hər iki şəhərdə istehlakçılar keyfiyyətli içməli su ilə təmin olunublar.

Hazırda Gədəbəy, Daşkəsən, Xaçmaz, Qobustan, Şamaxı, Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələrinin inşasının yekunlaşma ərəfəsində olduğunu deyən “Azərsu” ASC-nin sədri 2016-cı ildə daha bir şəhərdə - Ağcabədidə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin, Şəki şəhərində həyata keçirilən layihənin növbəti mərhələsinin icrasına başlanıldığını da diqqətə çatdırıb. Hesabat dövründə 23 kənd və qəsəbədə görülmüş işlər nəticəsində 30 minədək sakinin içməli su problemi həll edilib.

Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilən layihələr barədə məlumat verən Q.Hüseynov Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin dünyada ilin 4 böyük və önəmli su layihəsindən biri seçilməsini qürurverici hadisə adlandırıb.

Hesabat dövründə Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilib, Nizami rayonunda 25 kilometr şəbəkə və məhəllədaxili xətt yenidən qurulub, 16,6 min sayğac quraşdırılıb. Nərimanov rayonunda isə 54 nasosxananın fəaliyyəti dayandırılıb, 23 min nəfər fasiləsiz su ilə təmin edilib.

2016-cı ilin ötən dövründə Tarif (qiymət) Şurasının qərarı ilə su təchizatı və tullantı sularının axıdılması tarifləri tənzimlənib, Prezidentin Fərmanı ilə Bakı şəhərində yağış-kanalizasiya sistemlərinin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb, Nazirlər Kabinetinin qərarı ilə “Azərsu” ASC-nin strukturunda dəyişikliklər edilib. İstehlakçılara göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə elektron xidmətlərin sayı 7-yə çatdırılıb, “Azərsu” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində xidmət dairəsi xeyli genişlənib.

Daha sonra “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, sədr müavini Köçərli Həsənov, İqtisadiyyat və Uçot İdarəsinin rəisi Yaşar Kəlbiyev, İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, Texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəisi Zahid Qasımov hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə 2016-cı ildə görülmüş işlər barədə ətraflı məlumat veriblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Qeyd olunub ki, 2017-ci ildə Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq. Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcək.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə yeni layihələr həyata keçiriləcək. Zərdab rayonu ərazisində Kür çayından saniyədə 3 kubmetr su götürmək üçün sugötürücü qurğu və nasos stansiyası tikiləcək, 15 kilometr uzunluğunda kəmər çəkiləcək. Artıq bu istiqamətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Hacıqabul rayonunun Talış kəndindəki təmizləyici qurğunun imkanlarından istifadə etməklə Padarçöl ərazisinə 27 kilometr xətt tikiləcək.

Səhmdar Cəmiyyətin sədri məcburi köçkünlərə şamil olunan güzəştlərin vahid müavinətlə əvəzlənməsindən irəli gələn məsələlərin qısa müddətdə həll edilməsi, debitor borcların azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması sahəsində ciddi tədbirlərin görülməsi barədə tapşırıqlar verib.

2017-ci ildə Bakı şəhərində Formula-1 Azərbaycan Qran-prisi, İslam həmrəylik Oyunları, Birinci Bakı Beynəlxalq Su Həftəsi və digər beynəlxalq tədbirlərin keçirilməsi nəzərə alınaraq göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı tapşırıqlar verilib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.