Bakı şəhərində ilk dəfə olaraq müntəzəm şəhərdaxili marşrut xəttinin müvəqqəti istismara verilməsi ilə bağlı müsabiqə elan edilib.
1news.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, müsabiqəyə çıxarılan 125 nömrəli marşrut xətti metronun "28 May" stansiyası - "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzini birləşdirəcək.
Xəttin ümumi uzunluğu 35.5 km, xətt üzrə dayanacaq sayı isə 36 ədəd müəyyən olunub.
Vətəndaşlardan daxil olan müraciətləri, sərnişinlərin rahatlığını, təhlükəsizliyinin təmin edilməsi və bu sahədə yüksək xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə, Metronun "28 May" stansiyası - "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində yeni marşrut xəttinin təşkil edilməsi və müsabiqəyə çıxarılması məqsədəuyğun hesab olunmuşdur. Müsabiqənin keçirilmə şərtləri və qaydaları ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etməklə ətraflı məlumat almaq mümkündür.
1news.az