Azərbaycandan bu mövsüm Ümrə ziyarətinə 200-dən çox zəvvar gedib
11 fevral, 2017 20:11
fevralın 2-də Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 75 nəfər bu gün Vətənə qayıdıb.
1news.az xəbər verir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
O bildirib ki, qrup üzvləri səhhətləri və digər məsələlərlə bağlı heç bir problemlə üzləşmədən ziyarətlərini başa vurublar.
H.Babayevin sözlərinə görə, ziyarət üçün növbəti qrup mart ayının 10-dan sonra gedəcək.
O qeyd edib ki, bu mövsüm Ümrə ziyarətinə artıq 200-dən çox zəvvar gedib.
1news.az