Xəbərlər

Gözləri kompüter və telefondan qorumaq üçün nə etmək lazımdır? - Həkim məsləhəti
11 fevral, 2017 18:19

Hansısa bir şəxsdə Herpes Simplex virusu (göz uçuğu) varsa, bu xəstəlik soyuq aylarda aktivləşir.

1news.az xəbər verir ki, bunu “Report”a həkim-oftalmoloq Elşən İbrahimov deyib.

Onun sözlərinə görə, soyuq hava sağlam gözə zərər vermir:

“Ümumiyyətlə, soyuq havada çox qalmadığımızdan gözləri xüsusi qorumağa ehtiyac yoxdur. Kompüter və telefon gözlərin yorulmasına gətirib çıxarır. Hətta kompüter və telefondan çox istifadə edilməsi uşaq və gənclərdə bəzi pozulmalar yarada bilər. Ona görə də gözləri çox yormaq doğru deyil. Uzun müddət kompüterdə oyun oynamaq, hansısa bir məqalə oxumaq gözdə yorğunluq yaradır. Bu da baş ağrısı, gözdə sulanma kimi şikayətlərə yol açır”.

Həkim-oftalmoloq bildirib ki, bu cür problemlər yaşanmaması üçün 30-40 dəqiqədən bir kompüterin qarşısından durmaq, gözlərə istirahət vermək lazmdır:

“Artıq məktəbdə də dərslər kompüter üzərindən izah olunur. Kompüterlər həyatımızın ayrılmaz hissəsidir. Ondan istifadə etməmək mümkün deyil. Ona görə də istifadə müddətinə əməl olunmalıdır. Müəyyən aralıqlarla kompüterin qarşısından ayrılmaq və pəncərə qarşısında uzaq məsafələrə baxmaq lazımdır. Gözlərin görmə keyfiyyətini artırmaq üçün A vitamini qəbul etmək lazımdır. Gözlər üçün faydalı olan Omeqa-3 balıqda, yumurtanın sarısında var”.

E.İbrahimov həmçinin vurğulayıb ki, linzalardan istifadə edərkən mütləq gigiyenik qaydalara əməl etmək lazımdır.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.