Xəbərlər

Ağ ev administrasiyası miqrasiya barədə yeni fərman hazırlayacaq
11 fevral, 2017 14:16

Ağ ev administrasiyası apelyasiya məhkəməsinin rədd etdiyi miqrasiya barədə fərmanın əvəzinə, onun yeni variantını hazırlaya bilər.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ-da səfərdə olan Yaponiyanın Baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında Tramp prezident seçildikdən sonra ölkə üçün böyük təhlükənin mövcudluğunu dərk etdiyini bildirib. O, eyni zamanda ölkəyə xeyir verən çox sayda insanı buraxacağını qeyd edib.

Bir qədər əvvəl Tramp ölkənin təhlükəsizliyi üçün əlindən gələni edəcəyinə söz verərək, bunu gələn həftə həyata keçirəcəyini vurğulayıb:

“Biz məhkəmə prosedurlarını davam etdirəcəyik və sonda qalib gələcəyimizə inanırıq”, - deyə prezident əlavə edib.

Xatırladaq ki, apelyasiya məhkəməsi üç hakimin qərarı ilə prezidentin 120 gün ərzində qaçqınların qəbulunu və 90 gün müddətinə İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərmanının icrasını dayandırıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.