Xəbərlər

Bakı-Gəncə istiqamətində sürətli qatarlar işləyəcək
10 fevral, 2017 16:51

Bakı-Gəncə istiqamətində dəmir yolu xəttinə saatda 100 kilometr məsafə qət edən qatarların buraxılması nəzərdə tutulub.

Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, yeni layihənin reallaşması ilə Gəncədən paytaxta 3-3,5 saata çatmaq mümkün olacaq.

Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında danışıqlar aparılır.

Qeyd edək ki, ötən il Gəncə Dəmir Yolu Vağzalı 44 mindən çox sərnişinə xidmət göstərib. Lakin, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 19 min 546 sərnişin və ya 30,7 faiz azdır. Yeniliyin həyata keçirilməsi ilə sərnişin daşınmasına tələbat da artacaq.

Həmçinin 2016-cı ildə Qərb istiqaməti üzrə dəmir yolu nəqliyyatı ilə 1 milyon 815 min 726 ton yük daşınıb. Bu isə əvvəlki illə müqayisədə 17 min 669 ton çoxdur. Eləcə də ötən il 37 min 770 vaqon yük daşınıb ki, bu da 2015-ci illə müqayisədə 3 min 15 vaqon artıqdır.

AZƏRTAC

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.