Xəbərlər

Ötən ay əlilliyi olan şəxslər 2 752 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib
09 fevral, 2017 11:18

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi 1099 nəfər əlilliyi olan şəxsi (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 170 nəfər vətəndaşı) ümumilikdə 2 752 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, əlilliyi olan şəxslərə 94 ədəd aşağı və yuxarı ətraf protezi, 147 ədəd yuxarı və aşağı ətraf ortezi, 63 ədəd bel və boyun nahiyəsi üçün korset, 1 166 ədəd müxtəlif reabilitasiya vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 287 cüt protez ayaqqabı, 59 ədəd dördayaqlı dayaq vasitəsi, 99 cüt qoltuqaltı və 153 cüt dirsəkaltı ağacla, 359 ədəd əsa, 5 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər. 2 nəfər əlilliyi olan şəxs isə əlil arabası ilə təmin olunub. Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 52 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə təqdim olunub.

Protezləşməyə hazırlanma, protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin reabilitasiyası, anadangəlmə bəzi qüsur və deformasiyaların, serebral iflicin fəsadlarının aradan qaldırılması və s. məqsədilə stasionar şəraitdə bərpa xidmətləri də göstərilir.

Yanvar ayında Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 78 nəfər əlilliyi olan şəxs qeyd olunan xidmətlərlə təmin edilib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.