Xəbərlər

“Səba” şirkəti qarğıdalı və soya istehsalçılarına bələdçilik edəcək
09 fevral, 2017 11:00

Dünyanın məşhur toxum istehsalçısı Pioneer şirkətinin eksklüziv distribüteri olan “Səba” bu şirkətlə yeni bir layihəyə başlayıb.

Azərbaycanda yalnız qeyri-GMO (Genetik Modifikasiya Olunmamış) qarğıdalı və soya toxumları yetişdirən “Səba” bu sahə ilə məşğul olmaq istəyən yerli fermerlərə bələdçilik edəcək.

Iowa State University – Ayova Dövlət Universitetinin alimlərinin Pioneer üçün hazırladığı “Qarğıdalı və soya sahələri üçün bələdçi” kitabçasını “Səba” şirkəti Azərbaycan dilinə tərcümə etdirib.

Kitabçada qarğıdalı və soya bitkilərinin becərilməsi, bitkilərə aqrotexniki qulluq, zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldarlıq üçün gərəkən vərdişlər barədə ətraflı məlumat verilib.

Rəngli kitabça cədvəl, sxem və fotolarla zəngin olub, fermerlərə verilən hər bir məlumatın əyani şəkillə müşayiət olunmasını təmin edir.

“Səba” şirkəti kitabların fermerlərə paylanması ilə kifayətlənməyib, onlar üçün kitabçadakı məlumatlar üzrə treninqlər də keçirilməsini nəzərdə tutub.

Qeyd edək ki, “Səba”ya daxil olan Qarabağ Taxıl MMC ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatıdır. Müəssisə 3 ildən artıq bir vaxtdır ki, Ağcabədi və Beyləqan ərazisində 4800 ha ərazidə qarğıdalı və buğda becərir. 2016-cı ildə ölkədə ilk dəfə olaraq 1500 ha sahədə soya becərib. Səba şirkətinin digər müəssisəsi - Qarabağ Toxum MMC isə taxıl toxumu istehsalçısı kimi dövlət reyestrində qeydiyyata düşüb.   

Reklam hüququnda

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.