Xəbərlər

Əbülfəs Qarayev Mərakeş Krallığı və Yaponiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
09 fevral, 2017 16:54

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarş və Yaponiyanın fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini qəbul edib.

1news.az-ın məlumatına görə, M.A.Embarş ilə görüşdə Azərbaycan və Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Mədəniyyət və turizm sahələri üzrə müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi və əməkdaşlığın genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirilib.

Nazir tərəfindən Mərakeş Krallığının rəsmilərinə ünvanlanmış cari ilin 5-6 may tarixində Bakı şəhərində 4-cü dəfə təşkil olunacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dair dəvət məktubları səfirə təqdim olunub.

Ə.Qarayev ilə Yaponiyanın səfiri Tsuquo Takahaşi arasında isə vida görüşü keçirilib.

Görüşdə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib.

İki ölkə arasında  sözügedən sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb və turizm üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Tsuquo Takahaşinin Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri olaraq fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib, səfir isə öz növbəsində ölkəmizdə fəaliyyət müddətində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair əlindən gələni əsirgəmədiyini bildirib.

Sonda nazir Yaponiya rəsmilərinə ünvanlanmış lV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak barədə dəvət məktublarını səfirə təqdim edib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.