Xəbərlər

Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib
08 fevral, 2017 21:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində əmək qanunvericiliyinin pozulması, habelə əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində tədbirlərini davam etdirir.

1news.az-ın məlumatına görə, cari ilin yanvar ayı ərzində Xidmətə daxil olan vətəndaş müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində ümumilikdə 41 921  manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Həmin məbləğin 98 faizi gecikdirilmiş əmək haqlarından, 2 faizi isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. Əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi barədə ayrı-ayrı müraciətlər də diqqətlə araşdırılıb və nəticələrinə uyğun şəkildə obyektiv tədbirlər görülüb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən görülən işlər çərçivəsində işəgötürənlərə əmək qanunvericiliyinin tələbləri, eləcə də sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi və əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı hüquqi izahatlar verilib.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.