Xəbərlər

Türkiyənin səfiri BANM-də olub
08 fevral, 2017 20:50

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

Bu haqda 1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.                   

Səfiri salamlayan rektor Elmar Qasımov onu Ali Məktəbdə  görməkdən məmnun olduğunu bildirdi. Azərbaycanla Türkiyənin qardaş ölkələr öldüğünü deyən rektor iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcudluğuna toxundu.

Elmar Qasımov Türkiyənin universitetlərində çox sayda azərbaycanlı tələbələrin təhsil aldıqlarını və gənclərin bu ölkəyə böyük marağının olmasından bəhs etdi.  Rektor rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurlarından söz açdı.

O, BANM-lə Türkiyə universitetlərinin qarşılıqlı əlaqələrinin qurulmasında maraqlı olduğunu dilə gətirdi. Elmar Qasımov yaxın vaxtlarda Ali Məktəblə YÖK (Yüksekoğretim Kurulu) arasında əməkdaşlıqla bağlı işlərin görüldüyünü vurğuladı. Rektor Türkiyənin Orta Doğu Teknik Universiteti (ODTU) ilə BANM-in əlaqələrinin qurulmasına maraq ifadə etdi. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün Ali Məktəbə yenidən dəvət etdi.  

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral rektor Elmar Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirdi. Səfir Türkiyə-Azərbaycan əlaqələrinin "bir millət iki dövlət" anlayışı üzərində qurulduğunu bildirdi. Iki qardaş ölkə arasında əlaqələrin  inkişafından söz açan səfir əməkdaşlığın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu dedi. Səfir Ali Məktəblə Türkiyənin  ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduğunu dedi.

Görüşdə qarşılıqlı əməkdaşlıq, həmçinin YÖK-lə əlaqələrin inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə olundu.

Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim etdi.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.