Xəbərlər

Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib
08 fevral, 2017 19:17

Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müzakirələr İran İslam Respublikasının Astara şəhərində İran İslam Respublikası və Azərbaycan Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən görüş zamanı aparılıb.

Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.

İran tərəfini Gilan Vilayəti üzrə Gömrük İdarəsinin rəisi Məhəmməd Şahbazi, Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidiy və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Əmir Həbibvənd təmsil edib. Azərbaycan tərəfindən isə görüşdə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Komitənin Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev və Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev iştirak edib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrə toxunulub, o cümlədən iqtisadi-ticari münasibətlərdən söhbət açılıb. Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.

Sonra Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib.

Görüş başa çatdıqdan sonra isə nümayəndə heyətləri İranın Astara gömrük-sərhəd keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.