Xəbərlər

Merkel Varşavaya səfər edib
08 fevral, 2017 17:54

Almaniya kansleri Angela Merkel Varşavaya səfər edib. Bu, Polşanın Baş naziri Beata Şidlonun Berlinə keçənilki səfərinə bir növ cavab olub.

Merkel Varşavada Polşa prezidenti Ancey Duda ilə, müxalifətçi “Polşa Kəndli Partiyası” və “Vətəndaş platforması” partiyalarının liderləri, habelə Polşada yaşayan almanların nümayəndələri ilə görüşüb. Almaniya kanslerinin səfərinin proqramında ən mühüm bənd isə son bir neçə ildə ilk dəfə Yaroslav Kaçinski ilə görüş olub. Berlində qeyd edirlər ki, bu görüş Polşa tərəfinin təklifi ilə baş tutub.

“Alman dalğası” yazır ki, Kaçinski ölkədə ən nüfuzlu siyasətçidir. Artıq bir neçə ildir ki, o, istər şəxsi, istərsə də işgüzar xarakterli məsələlərlə əlaqədar, xarici ölkələrdə olmayıb. Kaçinskinin əsas maraqları daxili siyasət məsələləri, ilk növbədə özünün təbirincə desək, bu ölkə üçün özünün təyin etdiyi “mühafizəkar əksinqilab” məsələsi üzərində cəmləşib. 2015-ci ildə “ZiS” partiyası parlament seçkilərində qalib gələndən sonra bu partiyanın lideri əcnəbi qonaqları nadir hallarda qəbul edib. Son illərdə Yaroslav Kaçinski, məsələn, Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb.

Kaçinskinin Merkel ilə görüşü günün ikinci yarısında “neytral ərazidə” baş tutub.

Almaniya-Polşa münasibətləri heç vaxt indiki dərəcədə möhkəm olmayıb. 2016-cı ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi ilk dəfə 100 milyard avroya çatıb. Təhlükəsizlik və müdafiə sahələrində birgə iş ümumiyyətlə, yaxşı gedir. Lakin əksər hallarda yaranan problemlər regionun hüdudlarını aşır. Belə problemlərdən biri Polşa hakimiyyət orqanları tərəfindən məhkəmə sistemində aparılmış islahatın Avropa İttifaqında iradlara səbəb olmasıdır. Polşa Seymi tərəfindən ölkənin Konstitusiya Məhkəməsinin səlahiyyətlərini məhdudlaşdıran qanun qəbul ediləndən sonra 2016-cı ilin yanvarında Avropa komissiyası Polşada hüququn aliliyi prinsipinə riayət edilməsinin vəziyyətini yoxlamağa başlayıb.

Merkelin Varşavada apardığı danışıqların əsas mövzuları Avropa İttifaqının gələcəyi və miqrasiya siyasəti məsələləri olub. Polşa Aİ səviyyəsində bağlanmış müqavilələrə Aİ üzvü olan ölkələrin rolunun güclənməsinə yönəlmiş dəyişikliklər daxil olunmasını təklif edir. Almaniyada isə bu ideya ilə razılaşmırlar.

AZƏRTAC

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.