Xəbərlər

Londonda şahzadə Dianaya abidə ucaldılacaq
07 fevral, 2017 11:08

Londonda şahzadə Diananın ölümünün 20-ci ildönümü münasibətilə abidə ucaldılacaq.

Buro 24/7-inin verdiyi xəbərə görə, bu təşəbbüslə Diananın oğulları şahzadə Uilyam və şahzadə Harri çıxış ediblər. Abidə Britaniya paytaxtının qərb hissəsində yerləşən Kensinqton sarayının bağlarında yerləşdiriləcək. Şahzadələr artıq abidənin ucaldılması üçün vəsait toplanışı komissiyasını təsis ediblər. Heykəltəraşın adı bir müddət sonra elan ediləcək.

"Abidənin qoyulması ilə anamızın Böyük Britaniya və bütün dünyaya müsbət təsirini tanımağın tam zamanıdır. Biz ümid edirik ki, memorial Kensinqton sarayının bütün ziyarətçilərini şahzadə Diana və onun irsi barədə düşündürəcək" - deyə, şahzadələr birgə verdikləri rəsmi bəyanatda qeyd ediblər.

Xatırladaq ki, şahzadə Diana 31 avqust 1997-ci ildə Parisdə avtomobil qəzası nəticəsində həyatını itirib.

S.Xankişiyeva

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.