Xəbərlər

Gəncədə qadın sahibkarlar üçün treninq keçirilib
07 fevral, 2017 19:42

Fevralın 7-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və “Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə gənc sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan qadınlar üçün treninq keçirilib.

1news.az-ın məlumatına görə, “Biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında keçirilən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbir iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, bu xidmətlərin bəzilərinin “E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunması barədə məlumatlandırılıblar.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.