Bakıda üçgünlük birincilik yarışından sonra Red Bull Mind Gamers turnirinin seçmə turu başa çatıb.
50-dən çox iştirakçı komanda arasında kubda oyuna sonuncu daxil olan Loosers komandasının üzvləri qalib gəliblər. Məhz Ləman Rufullayeva, Rüfət Kərimli, Hikmət Qəmbərov və Əliş Mustafayev Budapeştə vəsiqə və Azərbaycanı dünya finalında təmsil etmək hüququ qazanıblar.
Qalib komandanın nəticəsi 14 dəqiqə 1 saniyə, ikinci yeri tutan komanda ilə fərq isə iki dəqiqədən artıq olub. Ən yaxşı fərdi nəticəni də Ləman Rufullayeva göstərib – 3 dəqiqədən bir az artıq.
Mükafatlandırma mərasimindən dərhal sonra komandanın kapitanı Rüfət hisslərini bölüşüb:
“Biz çox həyəcanlı idik, yarışın bitdiyinə hələ də inana bilmirik. Qarşıda bizi Budapeşt turniri gözləyir, əlimizdən gələni edəcəyik”.
Martın sonunda komanda Budapeştə dünya finalına yola düşəcək. Onlar dünyanın 22 ölkəsinin ən yaxşı komandaları ilə yarışaraq, qarışıq reallığa malik final “Eskeyp-rum”undan çıxış yolu tapmalı olacaqlar. Qalib komanda Massaçusets Texnologiya İnstitutundakı Game Lab-a pazzların yaradılması sessiyasına dəvət olunacaq.
“Eskeyp-rum” oyunçuların qapalı otağa salındıqları və bir sıra tapmacaları həll edərək azadlığa çıxmalı olduqları macəra oyunudur.
Əsas informasiya tərəfdaşı: Report.az
Layihənin tərəfdaşları: GoPro, Huawei Mobile, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Technote.az
1news.az