Xəbərlər

Metropolitenin maşın və mexanizm bazası yenidən qurulub
06 fevral, 2017 14:18

“Bakı Metropoliteni” QSC təsis olunduqdan sonra həm istismar, həm də tikinti sahələrinin bir-birindən fərqlənən nəqliyyat, maşın-mexanizm və xüsusi texniki vasitələrdən səmərəli istifadə edilməsi məqsədilə müvafiq tədbirlər planı həyata keçirilib.

1news.az-ın Cəmiyyətin saytına istinadən verdiyi xəbərə görə, bu addımların nəticəsi kimi nəqliyyat və xüsusi texnika departamentində birləşən müvafiq sahələrin material-texniki bazası əsaslı şəkildə yenilənib və ondan operativ, daha keyfiyyətlə istifadə edilməsinə nail olunub.

Metro inşaatında mühüm istiqamət tunel inşaatının yüksək standartlara uyğun qurulmasıdır. 2011-ci ildə istismara verilmiş S-599 saylı müasir tunelqazma kompleksi qrunt əsaslı olduğundan, səmərə və qənaəti, keyfiyyəti və sürəti yüksəltmək məqsədilə daha bir qurğu – hidroyüklü tunelqazma kompleksi alınıb. 6,20 m diametrli S-835 saylı qurğu hazırda Yaşıl xəttin “Y-15” (şərti ad) stansiyasında quraşdırılır. Bu komplekslərə qulluq edilməsi artıq xüsusi hazırlıq keçmiş səriştəli yerli mütəxəssislərin sayəsində aparılır. 2016-cı il yanvarın 17-də “B-4” (şərti ad) stansiyasında işini başa vuran S-599 saylı kompleks hal-hazırda təmir edilir və növbəti tikinti sahəsinə daşınmaq üçün hazırlanır.

Əvvəllər mürəkkəb işləri yerinə yetirmək üçün maşın və mexanizmlər sifarişlə kənardan gətirilirdi. “Bakı Metropoliteni”2 QSC-nin əldə etdiyi nəqliyyat və xüsusi texnika vasitələri sahəni yeniləşdirməklə, həm də artıq məsrəfin qarşısını alıb, tikintinin, əsaslı təmir və yenidənqurma işlərinin sürətini artırmağa, onu daha keyfiyyətlə yerinə yetirməyə, yeni iş yerləri açmağa şərait yaradıb.

Cəmiyyətdən bildiriblər ki, xüsusi texnika bazasının genişləndirilməsi metropolitenin öz potensial gücü hesabına fərqli inşaat üsullarını tətbiq etməsinə imkan yaradıb. Bu məqsədlə qruntda divar üsulunun tətbiqi üçün Almaniyanın “Liebherr” şirkətinin istehsalı olan frez və qreyfer alınıb. İtaliya istehsalı olan kiçik qabaritli “Casagrande C8 XP” qurğusu isə geniş spektrdə işləri, o cümlədən ankerləməni, dalğavari məhlulvurmanı, mikrosvayların vurulmasını yerinə yetirir. Bu qəbildən “Liebherr” maşınları, həmçinin “LB-28” svayvurma maşını qazma zamanı yüksək dönmə imkanları ilə seçilir.

İnşaatda xüsusi rol oynayan digər maşın və mexanizmlər də tikintinin maya dəyərini azaldaraq, onun sürəti və məhsuldarlığında az rol oynamır. Bu xüsusda “Terex” şirkətinin 55 tonluq, “LiuGong” və “UralAZ” şirkətlərinin hər birində 2 ədəd 25 tonluq, “Sany” şirkətinin 75 və 35 tonluq kranları, “Doosan Infracore” şirkətinin “DİSD SD300” frontal yükləyicisi, “LiuGong” yolbasanı, JCB şirkətinin HM-1270 hidravlik çəkicisi və həmin şirkətin, eləcə də “Liebherr” və “Caterpillar” ekskavatorları kəmiyyəti keyfiyyətə çevirməsi ilə seçilir. 

Bu mexanizmlər, eləcə də müxtəlif yükdaşıyan, özüboşaldan maşınlar, sərnişin avtobusları iş şəraitinin yüksək standartlar səviyyəsinə çatdırılmasına imkan verib. Bundan başqa, torpaq, körpü və digər tikinti-təmir sahələrində çalışan mexanizmlər də yüksək keyfiyyət və səmərəyə yol açıb.

Qeyd olunanlarla yanaşı, maşın və mexanizmlərin təmirinə, qulluğuna, əmək şəraitinin müasir standartlar səviyyəsinə çatdırılmasına əhəmiyyət verilir. Minik avtomobillərinin kompleks diaqnostikası məqsədilə tətbiq edilən yeni avadanlıqlar, yeni inşa edilmiş dəmirçi sexi və rəngləmə kamerası avtonəqliyyat vasitələrinin müayinəsinə, qulluğuna və təmirinə çəkilən xərcləri xeyli azaldıb.

Metropolitendə sosial məsələlər də daim gündəmdədir. Qeyd edək ki, nəqliyyat və xüsusi texnika departamentinin avtomomexanikləşdirmə kolonu da lazımi iş şəraiti ilə təmin olunub: tibb məntəqəsində şəxsi heyətin tibbi müayinədən keçirilməsi üçün müvafiq şərait qurulub, soyunub-geyinmə otaqları, duşxanalar, sanitar qovşaqlar yüksək gigiyenik standartlar səviyyəsinə çatdırılıb. Həmçinin avtonəqliyyat vasitələri sahəsində qazanxanadan səmərəli istifadə olunaraq, təmir sahələrinin və xidməti otaqların isidilməsi ilə yanaşı, isti su təminatı da tam ödənilib.Yeni istifadəyə verilən yeməkxanada isə işçilərə güzəştli və nağdsız çeşidli nahar yeməyi təklif olunur.

Yerinə yetirilən işlərlə yanaşı, ərazidə yenidənqurma və abadlaşma işləri davamlı aparılır, avtonəqliyyat vasitələrinin təmizliyinə, parklanma ardıcıllığına xüsusi diqqət yetirilir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.