Sumqayıtda sürücülər polisin əmrinə tabe olmadı - VİDEO
04 fevral, 2017 18:24
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi ilə Dövlət avtomobil nəqliyyatı xidmətinin əməkdaşları şəhər ərazisində qanunsuz fəaliyyət göstərən qaydalara əməl etməyən taksi sürücülərinə qarşı reyd keçiriblər.
1news.az ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı polisin saxla əmrinə tabe olmayan, nəzərdə tutulmayan yerdərdə avtomobillərini saxlayan, sənədsiz maşın idarə edən, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan, hətta polisin iradları ilə razılaşmıyan sürücülərə rast gəlinib.
Ümumilikdə 40-a yaxın sürücü barəsində protokol tərtib edilib. Bu kimi reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.
1news.az