Bakı-Naxçıvan-Bakı aviareyslərinin sayı azaldılıb
03 fevral, 2017 12:24
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu ilə hər gün həyata keçirdiyi aviareyslərin sayı fevral ayından 6-dan 4-ə qədər azaldılıb.
AZAL-ın mətbuat katibi Paşa Kəsəmənskinin AZƏRTAC-a verdiyi məlumata görə, buna səbəb tələbatın az olmasıdır.
“Sərnişinlərin sayı artarsa, tələbat yaranarsa, uçuşların sayı yenidən artırılacaq”, - deyə AZAL rəsmisi bildirib.