1967-ci ildə af Yoknik qardaşları şəxsi biznesə başlamaq və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar verdilər. Beləliklə, “Orifleym” yarandı.
Artıq 50 il keçib. Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidi “Orifleym”lə əməkdaşlıq edən 3 milyondan artıq məsləhətçidən ibarət satış gücü dünya bazarlarında satır.
“Orifleym” pul qazanmağa başlamaq, arzu və planlarını həyata keçirmək istəyən insanlara öz biznesi ilə məşğul olmaq imkanı yaradır. “Bu gün qazan və sabah arzularını həyata keçir™” bizim biznes konseptimizdir
Birlik, Ruh və Ehtiras – “Orifleym”i möhtəşəm şirkətlərdən biri olmasına səbəb olan əsas dəyərlərdir. Onlara əsaslanaraq şirkət inamla gələcəyə baxır və digərlərinə də dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilir.
50 illik elmi istehsal tarixinə malik 100-dən çox alimdən ibarət müasir elmi-tədqiqat mərkəzinin komandası yeni, bazar və istehlakçıların tələbatına uyğun qabaqcıl və müasir məhsulların istehsalı üçün fasiləsiz olaraq qüsursuz həll və texnalogiyalar axtarışındadır.
Hazırda insanlar gözəlliyin – sadəcə kosmetika dolu bankalar olmadığını artıq anlayıblar. Müvafiq olaraq, “gözəlliyin daxilin və xaricin harmosniyası kimi” qəbul olunmasına doğru bir irəliləmə baş verib. Bir İsveç brendi kimi “Orifleym” üçün gözəllik hər zaman daha böyük anlam olub. Burada insanın həm necə göründüyü, həm də özünü necə hiss etdiyi çox vacibdir. “Həqiqi gözəllik – həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən bir həyat tərzidir”.
“Orifleym-Azərbaycan” – 19 illik tarixə malik uğur və yeni möhtəşəm ofisin açılışı haqqında.
“Orifleym-Azərbaycan” şirkətinin əsası rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub.
Zaman heç vaxt dayanmadığı kimi, bu 19 il ərzində “Orifleym-Azərbaycan” da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafındakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək şirkətin fəaliyyətinin əsasını təşkil edir.
Bütün bu illər ərzində “Orifleym”ə inanan insanlar, ona və onun keyfiyyətinə inananlar, onun etdiyinə inananlar və onun gözəllik həyat tərzi kimi baxışına inanan insanlar şirkətlə əməkdaşlığa davam edib, birgə inkişaf edib. Bu gün “Orifleym-Azərbaycan” məsləhətçilərinin sayı 12 min nəfərə bərabərdir.
2017-ci il “Orifleym” şirkəti üçün əlamətdar bir tarixdir: bu il şirkət 50 illik yubileyini qeyd edir. Öz yubileyində “Orifleym-Azərbaycan” daha bir əlamətdar hadisə ilə yadda qaldı. 31 yanvar tarixində şirkət özünün yeni möhtəşəm xidmət mərkəzini açdı. Yeni ofisi Azərbaycan pros. 14 ünvanında yerləşir.
Möhtəşəm açılış mərasimi “Orifleym” üzrə Qafqazın vitse-prezidenti və rəhbəri və “Orifleym-Azərbaycan”ın baş direktoru Kemal Kaya, “Orifleym”in baş vise-prezidenti və MDB üzrə rəhbəri Yohan Rosenberq, İsveç səfirliyinin nümayəndəsi Tomas Danestad və digər qonaqların təbrik çıxışı ilə başladı.
Məşhur bəstəkar Murad Arifin aparıcılığı ilə keçən tədbirdə İsveç, Türkiyə, Şimal Kipr səfirliklərindən nümayəndələr, hökumət nümayəndəlikləri, qeyri-hökumət təşkilatları və şirkətin biznes tərafdaşları ilə yanaşı müğənni Eldar Qasımov, modelyer-dizayner Gülnarə Xəlilova, stilist Elnur Həsənov, byuti-bloggerlər Səma Abiyeva, Lalə Əhmədova, Nərmin Məmmədova, Elnarə Gənc, “Orifleym”in 2017-ci ildə sponsorluq edəcəyi milli qadın voleybol komandasının idmançı qızları və s. iştirak etdilər.
Şirkət öz nailiyyətləri ilə qürur duyur və gələcəkdə öz müştəri və partyorları üçün daha cəzbedici, effektiv və maraqlı təkliflər hazırlamağı planlaşdırır.
19 illik tarixə malik uğur – bu sadəcə başlanğıcdır!
Şirkət haqqında faktlar:
- Şirkətin illik dövriyyəsi - təqribən 1,3 mlrd avro
- “Orifleym” məsləhətçi sayı - təqribən 3 milyon
- “Orifleym”in təmsil olunduğu ölkələrin sayı-60-dan çox
- “Orifleym” əməkdaşlarının sayı- təqribən 7000
- Məhsul çeşidi- təxminən 1000 adda müasir təbii İsveç kosmetikası
- Şəxsi fabriklərinin yerləşdiyi ölkələr- Russiya, Polşa, Çin və Hindistan
“Orifleym” şirkəti haqqında daha ətraflı məlumatı www.oriflame.az, eləcə də https://www.instagram.com/oriflame_official_azerbaijan/ və https://www.facebook.com/OriflameAzerbaijanOfficial səhifələrindən əldə edə bilərsiniz.
Reklam hüququnda