Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
03 fevral, 2017 09:15
Bu gün Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 2 fevral 2017-ci il tarixində Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az