Xəzər dənizində zəlzələ olub
02 fevral, 2017 09:21
Bu gün səhər saatlarında Xəzər dənizində 3,2 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən 1news.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05.35-də qeydə alınıb.
Ocağı 49 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
1news.az