Bakıda buzlu yollarda 9 nəfər yıxılaraq zədə alıb
01 fevral, 2017 12:56
“Son iki gündə Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq əzilən və zədə alan 9 nəfər təcili tibbi yardıma müraciət edib”.
1news.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən 6-sı xəstəxanaya yerləşdirilib.
1news.az