Xəbərlər

Keçən il işlə təmin edilənlərin 36 faizi gənc olub
01 fevral, 2017 23:41

2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Məşğulluq Xidməti tərəfindən 56 631 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.

1news.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, onlardan 36,2 faizi, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb olunan 1 147 nəfərdən 27 faizi gənclərdən ibarət olub.

Bu dövrdə boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə müraciət edən 3 093 nəfər şəxs Xidmətin Əmək birjaları vasitəsilə qısa müddətli işlərə göndərilib ki, həmin insanlardan da 43 faizini gənclər təşkil edib.

Nazirlikdən bildiriblər ki, ölkə prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, işaxtaran və işsiz vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması işlərində də gənclər diqqətdə saxlanılır. Proqramda iştirak etmək üçün müraciət edən və biznesin təşkili ilə bağlı müvafiq bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kurslarına cəlb olunan vətəndaşlardan 25 faizə qədəri gənc yaşlarında olanlardır.

Gənclərin əmək bazarına çıxış imkanlarına malik olmalarında onların rəqabət qabiliyyətli peşələrə yiyələnmələri əhəmiyyətli amillərdəndir. Bu istiqamətdə də aktiv məşğulluq tədbirləri davam etdirilir və ötən il  nazirliyin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 702 nəfər şəxsdən 2406 nəfəri (65 faiz)  gənclər olub.

Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərimizin əmək bazarına çıxış imkanlarına malik olmalarında mühüm rol oynayır. Dövlət başçısının iştirakı ilə 2013-cü ilin dekabr ayında istifadəyə verilən Mərkəzdə indiyədək 1000 nəfərdən çox, o cümlədən 2016-cı ildə 350 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib. Həmin gənclərin burada yalnız peşə deyil, ümumən sosial reabilitasiyası üçün məqsədyönlü işlər aparılır.

Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən 10 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında tədbirlər keçirilib. Bu tədbirlərdə 370 müəssisə tərəfindən 1838 boş (vakant) iş yeri gənclərin seçiminə təqdim olunub, onların öz ixtisas və bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmələrinə, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılıb.

Son illərdə BMT İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində 452 nəfər gənc SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə müasir metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələniblər. Onlardan artıq 80 faizi bu bacarıqlardan istifadə edərək müxtəlif müəssisələrdə münasib iş yerləri ilə təmin olunublar. Hazırda Masallı rayonunda və Gəncə şəhərində SYSLAB metodologiyası üzrə gənclər üçün müvafiq təlim kursları davam etdirilir.

Hər bir gəncin bu gün peşə və ixtisas seçimini düzgün aparması onun gələcəkdə əmək bazarına inteqrasiyası üçün vacib faktorlardan biridir. Bu amil nəzərə alınmaqla, nazirlik tərəfindən gənclərin (eləcə də övladlarının peşə seçimində önəmli rola malik olduqları üçün valideynlərin) iştirakı ilə peşəyönümü tədbirləri təşkil olunur. Təkcə 2016-cı ildə bu tədbirlər vasitəsilə əsasən yuxarı sinif şagirdlərindən ibarət  117 244  nəfər gəncə peşəyönümü məsləhətləri verilib. 

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.