Xəbərlər

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında illik tədbirlər planı imzalanıb
01 fevral, 2017 20:57

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

1news.az xəbər verir ki, sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə vətəndaşların, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması, eləcə də  gənc əsgərlərlə fərdi tərbiyə işinin təşkili, şəxsi heyətin ümumbəşəri, milli dəyərlər, hərbi vətənpərvərlik və tarixi ənənələr ruhunda tərbiyə edilməsi, hərbi kollektivin möhkəmləndirilməsində kiçik komandirlərin rolu və bir sıra digər mövzularda mühazirələr oxunacaq.

Müxtəlif  kateqoriyalardan olan hərbi qulluqçuların və ərazi hərbi prokurorlarının iştirakı ilə bir sıra mövzularda görüşlərin keçirilməsi də nəzərdə tutulub.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.