Xəbərlər

SOCAR istiqrazlarını başqasının da adına almaq olar
01 fevral, 2017 17:13

Son günlər əhali arasında SOCAR istiqrazlarına tələbat daha da artıb. Xüsusilə istiqrazların satışının həyata keçirildiyi “ASAN xidmət” mərkəzlərinə üz tutan və istiqraz alanlar çoxalıb. İstiqrazların satışı ilə məşğul olan investisiya şirkətləri bu proseslə bağlı maraqlı məqamları açıqlayırlar.

Bununla bağlı SOCAR istiqrazlarının təkrar bazarı üzrə marketmeyker olan “PSG Capital” investisiya şirkətinin rəhbəri Şahin Rəcəbov AZƏRTAC-ın suallarını cavablandırıb.

- Şahin müəllim, son günlər SOCAR istiqrazı almaq istəyənlərin artımı müşahidə edilir. Bu nə ilə bağlıdır?

- Bəli, istiqraz alanların sayı artıb. İnvestorlar tərəfindən SOCAR istiqrazlarına ikinci bazarda böyük maraq görürük. SOCAR istiqrazlarını ilk dəfə, o vaxt əldə edən müştərilər də istiqraz alır. Yanvarın 17-dən sonra istiqrazlar üzrə ilk faizlərin ödənilməsi bu qiymətli kağıza olan marağı daha da artırıb və satışların həcmini yüksəldib.

- Alıcılar istiqrazlar barədə ən çox nəyi bilmək istəyirlər, istiqrazın hansı xüsusiyyəti ilə maraqlanırlar?

- İnvestorların ən çox bilmək istədiyi suallar, yəni onları maraqlandıran ilk məsələ – pulun necə geri qaytarılacağıdır. İstiqraz almaq istəyən şəxs gəlir, yaxınlaşır və soruşur ki, mən pulumu istədiyim vaxt geri götürə bilərəmmi? Bunun da cavabı əlbəttə ki, “bəli”dir. SOCAR hər zaman öz istiqrazının alıcısıdır və onların likvidliyini qoruyur. İnvestor istədiyi vaxt yaxınlaşıb istiqrazını verib, yatırdığı vəsaiti geri ala bilər. Həmçinin onu da qeyd etmək istərdim ki, istiqraz sahibinin istiqrazı qaytarmadan öncə qazandığı faizlər investorun özündə qalır. Burada heç bir narahatlıq yoxdur.

- İstiqrazların ən çox hansı cəhəti alıcıları cəlb edir?

- İnvestorları SOCAR istiqrazlarına cəlb edən əsas xüsusiyyətlərdən biri onların etibarlı olmasıdır. İstiqrazların SOCAR tərəfindən, Azərbaycanın böyük dövlət şirkəti tərəfindən buraxılması onun etibarlığını artırır.

İstiqraz alıcılarını cəlb edən digər məsələ onların gəlirliyidir – bildiyimiz kimi, istiqrazların gəlirliyi illik 5 faizdir. Və bu da investorlar tərəfindən qiymətləndirilir. Alıcıların 90 faizi istiqrazları gəlirliyinin yüksək olmasına görə alır.

Ən cəlbedici cəhəti isə onun likvid olmasıdır. Yəni SOCAR hər zaman onun alıcısıdır. İnvestorları da maraqlandıran əsas məsələ odur ki, istiqraza yatırdığı vəsaiti istənilən zaman geri ala bilərmi. Buna da SOCAR zəmanət verir.

- Bu qiymətli kağızları əsasən hansı məqsədlə alırlar?

- SOCAR istiqrazlarını almaq istəyən şəxsləri cəlb edən ən maraqlı cəhətlərdən biri odur ki, onun qiyməti nominaldan aşağı düşmür. Yəni ilkin yatırılan pul, bir istiqraz üçün 1000 dollardır və investor istədiyi zaman minimum həmin qiymətə bu qiymətli kağızı sata bilər. Bu, investorları maraqlandıran ən vacib xüsusiyyətlərdən biridir ki, “qoyduğum pulu tam olaraq alacağammı?”. Bunun da cavabı “bəli”dir. Yəni qoyduğu pulu istənilən vaxt tam olaraq alacaq.

Elə alıcılar də var ki, faiz ödənişləri 3 aydan bir olduğuna görə və istədiyi zaman pulu götürmək imkanına görə, istiqrazları alırlar. Bəziləri pulu 3 aylıq yatırır – yəni bilir ki, 3 aydan sonra pula ehtiyacı olacaq. 3 aydan sonra faizini götürür və istiqrazı qaytarıb pulunu geri götürür. Bəziləri isə istiqrazları başqalarına hədiyyə vermək üçün alırlar.

- İstiqrazı kimlər daha çox alır – Bakı, yoxsa region sakinləri?

- İstiqrazlar ilk dəfə buraxılanda, yəni birinci bazarda regionda yaşayan vətəndaşlarımız, rahatlıqla, əvvəlcədən müəyyən edilmiş banklarda istiqrazlarını əldə edə bilirdilər. Amma hazırda ikinci bazar olduğuna görə, istiqrazlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və investisiya şirkətlərində satılır. Buna görə də onlar Bakı şəhərinə gəlməli olurlar. Buna baxmayaraq, istiqrazlara bölgələrəmizdən də çox maraq görürük.

Məsələn, Gəncə zonasından, Göyçaydan, Qubadan, Qusardan, Lənkəran zonasından, Şəki-Zaqatala zonasından müştərilərimiz olub.

- Alıcılar daha çox kimlərdir – qadınlar, yoxsa kişilər, neçə yaşlı insanlardır?

- Alıcılar arasında qadınların və kişilərin sayında elə də çox fərq yoxdur. Hər ikisinin marağı yüksəkdir. Onların yaşından danışsaq, əksəriyyəti 40-50 yaşında və ondan yuxarı olan insanlardır.

- İstiqrazlar barədə məlumat aldıqdan sonra fikrini dəyişən, yəni istiqraz almaqdan imtina edən və ya daha çox istiqraz alanlar varmı?

- İstiqrazla bağlı bizə yaxınlaşan vətəndaşlar arasında elə hal baş verməyib ki, məlumat alandan sonra istiqrazı almaq istəmədiklərini bildirsinlər. Əksinə, bizə yaxınlaşıb bilmədikləri detalları da soruşub öyrənirlər və planlaşdırdıqlarından daha çox istiqraz alanlar var. Məsələn, elə investorlar olub ki, yaxınlaşıb 10-12, hətta 15 istiqraz almaq istəyib, amma bizimlə danışandan sonra, bütün suallarına tam cavab alandan sonra, daha çox, məsələn, 18-20 istiqraz sahibi olub.

- İnsanlar öz adlarına alırlar, yoxsa başqalarının adına alanlar da var? Varsa, ən çox kimin adına alırlar?

- Vətəndaşlar istiqrazları əsasən öz adlarına alırlar. Amma birinci bazarda (yəni hələ oktyabr ayında SOCAR istiqrazlarına abunə yazılışı zamanı) xarici vətəndaşlara istiqraz satılmadığı üçün bəzi xarici vətəndaşlar, daha dəqiqi xaricdə yaşayan azərbaycanlılar gəlib istiqrazları yaxınlarının, ya ata-anasının, ya da bacı-qardaşının adına alırdılar. Bəziləri isə xaricdə yaşadıqlarına və ya digər səbəblərə görə, “ASAN xidmət”ə yaxınlaşa bilmirlər. Belələri istiqrazları etibarnamə ilə alırlar. Yəni başqalarına etibarnamə verirlər ki istiqraz alsınlar, onun əvəzinə sənədə etibarnamə verdiyi adam imza atır, amma bu istiqrazlar yenə də öz adlarına olur.

- Alıcı istiqraz almaq üçün “ASAN xidmət”ə orta hesabla neçə dəfə gəlir?

- Xatırladım ki, SOCAR istiqrazları “ASAN xidmət”in 1 və 5 saylı mərkəzlərində satılır. Alıcı istiqraz almaq üçün “ASAN xidmət”ə iki dəfə yaxınlaşır. Bu necə olur? Əvvəlcə yaxınlaşır, ona istiqrazlar barədə məlumat veririk, sualları olarsa cavablandırırıq. Sonra o bankda köçürmə etməlidir. Əgər bank hesabı yoxdursa, əvvəlcə onu açmalıdır. Hesabı olanlar isə vaxt itirmir, pulunu köçürür və birjada əqd baş tutur. Bundan sonra onun sənədlərini hazırlayıb müştəriyə məlumat veririk ki, artıq hər şey hazırdır, gəlib sənədlərini götürə bilər.

AZƏRTAC

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.