Dekabrın 15-də Xəzərdə estakadada baş verən bədbəxt hadisə nəticəsində itkin düşən neftçilərin axtarışı ilə bağlı yaradılan Axtarış-xilasetmə Qərargahı yeni məlumat yayıb.
Qərargahdan 1news.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.
Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.
“Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”- deyə, Qərargahdan bildiriblər.
1news.az
Mövzu ilə əlaqədar:
İtkin düşən neftçilərdən birinin meyiti tapılıb – YENİLƏNİB
Prezident itkin düşmüş neftçilərin axtarışı ilə bağlı göstəriş verib
Qərargah: İtkin düşən neftçilərin axtarışı nəticəsizdir
Kəmaləddin Heydərov və Rövnəq Abdullayev neftçilərin itkin düşdüyü ərazidədirlər
Xəzərdə baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb
Xəzərdə neftçilərin axtarışı ilə bağl son məlumat
İtkin düşən neftçilərin tapılması üçün axtarış-xilasetmə zonası genişləndirilib
Qərargah: Uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılıb
İtkin düşən neftçilərin ailə üzvləri axtarışların gedişatı ilə tanış olublar – FOTO
İtkin düşən neftçiləri axtarışı davam etdirilir – FOTO