Ağstafa-Poylu avtomobil yolunda 4 körpü tikilir
31 yanvar, 2017 11:45
“Azəravtoyol”ASC tərəfindən Gəncə regionunun Ağstafa-Poylu avtomobil yolunda 3 və Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda 1 olmaqla, 4 körpünün tikintisi işləri aparılır.
1news.az-ın “Azəravtoyol”un mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, layihə Asiya İnkişaf Bankı ilə bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilir.
Layihənin baş podratçısı “Körpü Bina Tikinti” MMC və “Gəncə Körpü Tikinti-2” ASC konsorsiumu, texniki nəzarətçi isə İtaliynın “İRD” şirkətidir.
2017-ci ilin yanvarın 1-nə tikinti-quraşdırma işlərinin 68,12 faizi yerinə yetirilib.
Layihənin bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.
1news.az