Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilən qanun pozuntularına görə 2215 akt və 794 protokol tərtib olunub.
1news.az-ın məlumatına görə, aşkar edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 641 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 773 iş üzrə təqsirkarlar 883730 manat məbləğində inzibati qaydada cərimə olunub, ətraf mühitə dəyən ziyana görə 413 iş üzrə 585120,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 4989 iş üzrə 1157778,69 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 425 işdən 232-nə, icra qruplarına göndərilən 434 işdən 215-nə, məhkəmələrə göndərilən 191 işdən 56-na baxılıb. Qalan işlər isə hazırda icraatdadır.
1news.az