Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunda apardığı əməliyyatla bağlı yeni məlumat yayıb.
Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatına istinadən Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Tərtər şəhərinin istirahət mərkəzi ərazisində 1 ədəd partlamış Qrad raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 3 000 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 1 - 31 yanvar 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan və Lənkəran rayonları, Lənkəran, Gəncə və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə baxış keçirilib.
Keçirilmiş baxış zamanı 1 514 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 20 450 kv.m ərazi yoxlanılıb.
1news.az