ABŞ Prezidenti Donald Tramp Meksika sərhədində divar inşa edilməsi haqqında sərəncamı təsdiq etdikdən sonra, Meksikada ABŞ mənşəli mallar və xidmətlər boykot ediləcək.
Artıq sosial şəbəkələrdə #AdiosProductosGringos haşteqi ilə bu cür çağırışlara start verilib.
Sosial şəbəkələrdə meksikalıları "McDonald's", "Walmart", "Coca-Cola" və digər ABŞ şirkətlərindən imtina etməyə çağırıblar.
Artıq ABŞ "Starbucks" qəhvəxanalar şəbəkəsi bu etiraza öz münasibətini bildirib. "Starbucks" Meksika iqtisadiyyatına 7 milyon dollar yatıraraq 7 min iş yeri açdığını xatırladıb.
Yeni seçilmiş prezident Trampın ABŞ-Meksika sərhədində divar inşa edilməsi haqqında təşəbbüsü iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Meksika Prezidenti Enrike Penya 25 yanvarda Donald Trampın sözügedən sərəncamı imzaladıqdan sonra, ABŞ-a planlaşdırılmış səfərinə imkan verməyib.
BBC