Bu gün Müstəqil Azərbaycanın gömrük orqanlarının yaradılmasının bu gün 25-cü ildönümüdür.
1news.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan suverenliyini bərpa etdikdən üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla hər il yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib.
Komitə ötən müddət ərzində sürətli inkişaf yolu keçib, ölkədə dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.
Struktur fəaliyyətinin genişləndirilməsi, ölkəmizdə mal dövriyyəsinin sürətləndirilməsi, gömrük ərazisinin müdafiə və təmin olunması, eləcə də xarici əlaqələr iştirakçıları üçün əlverişli şərait yaradılıb.
Elə bu məqsədlərlə də yeni gömrük orqanları və sərhəd gömrük postlarının açılması, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması və Gömrük Məcəlləsinin qəbul edilməsi, ən mühüm dövlət tapşırıqlarından biri olan dövlət büdcəsinin formalaşdırılmasında yaxından iştirak etməsi, gömrük işinin beynəlxalq normalara uyğun təşkil olunması, Ümumdünya Gömrük Təşkilatının üzvü kimi inkişaf etmiş dövlətlərin gömrük təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi və s. bu kimi irəliləyişlərə nail olub.
Qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan Azərbaycan Gömrük Xidməti bu gün dünya standartlarına cavab verən modern dövlət təsisatına çevrilib.
1news.az