QMİ-nin şöbə müdiri Müqəddəs Payızov vəfat edib
30 yanvar, 2017 20:14
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Müqəddəs Payızov vəfat edib.
1news.az APA-ya istinadən xəbər verir ki, İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri, şərqşünas-alim, mütərcim Hacı Müqəddəs Payızov uzun sürən ağır xəstəlikdən sonra yanvarın 30-da 71 yaşında dünyasını dəyişib.
QMİ M. Payızovun ailəsinə və qohumlarına başsağlığı verib.
Allah rəhmət eləsin!
1news.az