Azərbaycandan Ümrə ziyarətinə ikinci qrup gələn ay yola düşəcək
28 yanvar, 2017 16:40
Fevralın 2-də Azərbaycandan Ümrə ziyarətini yerinə yetirmək üçün ikinci qrup yola düşəcək.
1news.az xəbər verir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, ikinci qrupda 70 nəfər yer alıb:
“Onlar on gün müddətində ziyarətlərini başa vuracaqlar”.
Qeyd edək ki, Ümrə ziyarətinə gedənlər müvafiq olaraq 1 550 və 2 230 dollar vəsait ödəyirlər.
1news.az