Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Demokratik Cümhuriyyətinin (ADR) hərbi naziri olmuş Səməd bəy Mehmandarovun gəlini İzza Kulaginaya qarşı quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bizimlə söhbətində məsələ ilə bağlı onlara hər hansı bir məlumatın daxil olmadığını bildirib:
“Bizdə bununla bağlı məlumat yoxdur. Əgər İzza xanım başına gələn hadisə ilə bağlı polis orqanlarına müraciət etsə, həmin faktla bağlı araşdırmalara başlanılacaq”- deyə, E.Zahidov qeyd edib.
12:36
Bakıda Azərbaycan Demokratik Cümhuriyyətinin (ADR) müdafiə naziri olmuş Səməd bəy Mehmandarovun gəlini İzza Kulaginaya qarşı quldurluq hadisəsi baş verib.
1news.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ləman Ələşrəfqızı şəxsi Facebook səhifəsində yazıb. Qeyd edib ki, iki gənc oğlan tamah məqsədilə yaşlı qadını vuraraq barmağındakı üzüyü və pulunu aparıblar.
“İzza Kulaginanı “Sərdar” filmini çəkəndə çox hörmətli Şəmistan Nəzirli ilə axtarıb tapmışdıq. Nərimanovdakı evində. Bilmirəm bilirsiz, ya yox, hələ 70-ci illərdə Heydər Əliyev Səməd bəy Mehmandarovun oğlunu, İzza xanımın həyat yoldaşını Rusiyadan geri çağırıb və ona həmin mənzili bağışlayıb. Bu gün dostum Azer Qismet yazır ki, iki gənc oğlan İzza xanımı başından daşla vurub və huşunu itirən qarının barmağından üzüyünü, cibindən pulunu oğurlayıb. Yazıqlar olsun!- deməkdən başqa söz tapmırsan. Gücü yaşı 90-ı ötən qarıya çatan belə şərəfsizlərlə hara qədər getmək olar?”- deyə, L. Ələşrəfqızı qeyd edib.
1news.az