Bakı metrosunda tüstülənmə ilə bağlı məsələyə aydınlıq gətirildi
27 yanvar, 2017 22:43
Bakı Metropoliteninin "Ulduz" stansiyasında tüstülənmə ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
1news.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, sərnişin maşinistə "Ulduz" stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib:
“Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb”.
N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur:
“7 saylı qatar hərəkətini davam etdirir”.
1news.az