Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Beyləqan rayonunda apardığı əməliyyatla bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və
DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatlarına stinadən 1news.az-a verilən xəbərə görə, Beyləqan rayonunun Haramı düzü adlanan ərazidə əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 200 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 01 - 27 yanvar 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib.
Keçirilmiş baxış zamanı 1514 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, ümumilikdə 17 450 kv.m ərazi yoxlanılıb.
1news.az