Xəbərlər

Sharadil - unudulmaz Ləvəngi Qutabının hazırlandığı Azərbaycan mətbəxinin əsl bilicilərinə uyğun restorandır
27 yanvar, 2017 15:15

Şamaxı rayonunda Böyük Qafqaz dağlarının yamaclarında yerləşən Samaxi Palace Sharadil ailə kurortunun ərazisində Azərbaycan milli mətbəxinə məxsus təamların hazırlandığı yeni Sharadil restoranı açılıb.

White Diamond Restaurant, Lalazer Restaurant və Shakh Lounge and bar-ın yer aldığı, Samaxi Palace Sharadil-də yerləşən restoran və barların "Dadlı" ailəsinə yeni üzv - Azərbaycan milli mətbəxinin Sharadil restoranı qoşuldu.

Sharadil – ən xırda detallara qədər düşünülmüş interyerə malik, möhtəşəm ev rahatlığı atmosferini yaratmağa qadir və əlbəttə ki, hətta ən zərif və iradcıl qurmanı valeh edəcək müxtəlif çeşidli dadlı təamları ilə zəngin, Azərbaycan mətbəxinin əsl biliciləri və sevənləri üçün rahat bir restorandır.

Sharadil restoranının baş aşpazı restoran və otel sahəsində 15 ildən çox iş təcrübəsi olan Ziya Şahbazovdur; o, dəfələrlə kulinariya üzrə beynəlxalq yarışlarda iştirak edib, onun 4 qızıl, 2 gümüş, 4 bürünc medalı var. Və bu fakt onu göstərir ki, Sharadil restoranının hər bir qonağı ilk növbədə və başlıca olaraq həm bu məkandan tox çıxıb ondan razı qalacaq, həm də Ziya Şahbazovun kulinariya məharətinə yaxşı mənada təəccüblənəcək.

Restoranın müxtəlif çeşidli menyusu Azərbaycan milli mətbəxinin bütün zənginliyini - ölkənin bütün bölgələrindən olan yeməklərini özündə birləşdirir. Bu isə hər bir qonağa bölgə və şəhərlərin ən ləziz təamlarını dadaraq Sharadil  restoranını tərk etmədən Azərbaycan üzrə dadlı qastronomiya səyahətinə çıxmağa imkan vermir.

Restoran menyusu ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür. Bu menyuya müxtəlif salatlar, dovğa, düşbərə, dolma, xingal, bütün növ qutab, kabab, sac və plov, eləcə də nəfis desertlər daxildir. Qiymətlərin münasibliyini xüsusi qeyd etmək lazımdır, lakin bununla belə bu fakt yeməklərin keyfiyyətinə heç cür təsir etmir - hər şey qüsursuz və çox ləzzətlidir!

Restoranın terrasından dağlara açılan mənzərə isə sözlə ifadə edilməyəcək qədər möhtəşəmdir! Belə bir yerdə dostların əhatəsində valehedici dadı olan ətirli samovar çayı sizə gözəl istirahəti 100% təmin etmiş olacaq. Nəfis təamları dadaraq ideal gün və ya axşam, həftə və ya həftəsonu keçirmək istəyənlər Sharadil  restoranından daha yaxşı yer tapmayacaqlar.

Sharadil  qurmanları da təəccübləndirəcək - məxsusi olaraq Şamaxı ovçularından alınmış quş və qaban əti sizin süfrənizin dadlı bəzəyi olacaq. Təntənəli "xına yaxdı" mərasiminin keçirilməsi məqsədi ilə restoranı ilk bronlaşdıranlar üçün isə Sharadil-in xüsusi və cəlbedici təklifi olacaq.

Əsl Azərbaycan qonaqpərvərliyini, xüsusi fərdi xidmət, komfort və rahatlıq və Sharadil-in əsas "ulduzları" olan Azərbaycan milli mətbəxinin nəfis nümunələri bu restoranı Samaxi Palace Sharadil-in qonaqları və ziyarətçilərinin ən sevilən məkanlarından birinə çevirdi.

Bura evdəki kimi rahatdır - buna heç bir şübhə ola bilməz. Buna ən yaxın zamanda Sharadil  restoranını ziyarət edərək asanlıqla əmin olmaq olar.

Və ən əsası da odur ki – Sharadil-də yeməklər münasib qiymətə, keyfiyyətli və çox ləzzətlidir!

Sharadil by Samaxi Palace, Azərbaycan milli mətbəxinin restoranı haqqında sizi maraqlandıran bütün məlumatları Facebook sosial şəbəkəsindəki səhifədə və ya (012) 310-11-01 əlaqə nömrəsinə zəng vurmaqla əldə etmək olar.

Reklam hüququnda

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.