Xəbərlər

Günəş enerjisi ilə işləyən qulaqcıq təqdim olunub
26 yanvar, 2017 23:47

“Bluetooth” simsiz rabitə funksiyası ilə təchiz edilən qulaqcıqlar avtonomluq istisna olmaqla simli modellərdən bir sıra üstünlüklərə malikdir.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, oxşar aksesuarları orta hesabla gündə bir dəfə enerji ilə doldurmaq lazım gəlir. “Sola” startapı bu problemi həll etmək qərarına gələrək eyniadlı qarnitura enerji toplamaq üçün kiçik günəş paneli əlavə edib.

Başın arxa hissəsindən taxılan “Sola” qurğusu simsiz qulaqcıqlar üçün adi formada düzəldilib. Layihə müəlliflərinin sözlərinə görə, günəş enerjisi ilə qulaqcığın avtonom iş rejimi 25-30 faiz artır.

Qulaqcığın günəş enerjisi ilə inteqrasiya edilməsinə baxmayaraq çəkisi 57 qram təşkil edir. Qurğuda mikrofon, 200 milliamper/saat tutumlu akkumulyator, USB vasitəsilə enerji toplamaq üçün çıxış, eləcə də küyü azaltma funksiyası quraşdırılıb.

Hazırda “Indiegogo” saytında qurğunun istehsalı üçün vəsait toplanır və artıq gözlənilən 30 min dolların üçdəbir hissəsi yığılıb. İlk əmanətçilər üçün qiyməti 29 dollar olacaq qulaqcığın tədarükünə iyulda başlamaq planlaşdırılır.

AZƏRTAC

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.