Yanvarın 26-da Azərbaycan şou-biznesinin superstarı, Xalq artisti Aygün Kazımovanın ad günüdür. Müğənninin 46 yaşı tamam olur.
Dünən saat 12-yə yaxın müğənni Instagram səhifəsində pərəstişkarlarının diqqətini cəlb etmək üçün yeni fotossesiyaya çəkildiyini bildirib. Elə saat 00:00-da öz səhifəsində həmin şəkilləri paylaşayaraq pərəştişkarlarının kompliment və təbrik yağışına tutulub.
A.Kazımovanın paylaşdığı fotolardakı parlaq obrazı onun illərdir əməkdaşlıq etdiyi stilist Ruxa tərəfindən həyata keçirilib.
Həmçinin çəkilşilərin müəllifi də Ruxadır. Çəkilişi fotoqraf Kamran Aydınov, florist Dmitriy Türkan, parikmaxerlər Telman Heybətov və Hüseyn Simon həyata keçirib.
Bununla da müğənninin sürprizləri bitməyib. Həmçinin Aygün sosial şəbəkələrdə “Şairim” adlı (musiqisi: Cavanşir Quliyev, sözləri: Miriyusif Mirnasiroğlu) mahnısını da təqdim edib.
Eləcə də ulduz müğənni yanvarın 25-dən 26-na keçən gecə yaxınları və əzizləri tərəfindən ilk təbriklərini alıb. Bunu Instagram-da paylaşılan videodan görmək olar.
1news.az