Xəbərlər

Zdenek Folprext: “Qarabağ”ı təəccübləndirə bilərik
26 yanvar, 2017 23:00

“Neftçi”nin çexiyalı futbolçusu Zdenek Folprext Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək “Qarabağ”la oyun ərəfəsində klubun rəsmi saytına müsahibə verib.

1news.az həmin müsahibəni təqdim edir:

- Komandaya Antalyada qoşulmusuz, amma bir neçə gündü Bakıdasız. Burda özünüzü necə hiss edirsiz?

- Gözəl hiss edirəm. Əvvəllər Bakıda olmuşam. "Slovan”ın heyətində "Qarabağ”a qarşı çıxış etmişəm. Hələ o vaxt bu şəhər, gülərüz insanlar xoşuma gəlmişdi. Buna görə də, hara gəldiyimi bilirdim. Bir sözlə, rahatlıq vacib olsa da, kənar şeylərdən çox futbolla maraqlanıram.

- Qış fasiləsindən sonrakı ilk oyunda “Neftçi” çempionatın lideri “Qarabağ”la qarşılaşacaq...

- Burda qorxulu bir şey görmürəm. Əksinə, yaxşı ki, belədi. Əvvəla, komandamız yenidi, birlikdə bir neçə oyun keçirmişik ki, bunlar da yoxlama görüşləri olub. Bir-birimizə sonadək uyğunlaşmalıyıq. Belə güclü rəqiblərlə matçlar isə bizə bu imkanı yaradacaq. İkincisi, sonrakı oyunlarda daha yaxşı təsir bağışlayacağıq, oyunumuzda mütləq irəliləyişlər olacaq. Buna baxmayaraq, istərdim ki, qələbə ilə başlayaq.

- Siz həm də “Slovan”ın futbolçusu kimi “Qarabağ”a qalib gəlmisiz...

- Bəli, “Qarabağ”ı Çexiyada 3:0 hesabı ilə məğlub etmişik. Çoxları düşünə bilər ki, bu qələbə bizə asan başa gəlib, amma elə deyil. “Qarabağ” əla komandadı. Orda fərdi planda çoxlu güclü futbolçular oynasa da, onlar komanda oyununa üstünlük verirlər. Sadəcə, həmin görüşdə “Slovan” az qala ən yaxşı formasında idi, bizdə hər şey alınırdı. Bazar günü keçiriləcək qarşılaşmada rəqibimizi təəccübləndirə bilərik.

- Ardınca komandanı “Qəbələ” və “İnter”lə matçlar gözləyir...

- Eybi yox. Əgər yaxşı nəticələr qazansaq, özümüzə güvənimiz daha da artacaq. Bu təqvim şəxsən mənim ürəyimcədi. Unutmayın ki, qarşıdakı 4 həftə yarım ərzində 6 oyunumuz var. Məncə, bu çox yaxşıdı. Formada olanda böyük fasilələr mənfi təsir edə bilər. Uduzanda isə yenidən meydana çıxıb bunun təsadüf olduğunu sübut etmək istəyirsən.

- Sonda azarkeşlərə nə demək istərdiz?

- Azarkeşlərimiz haqda çox eşitmişəm, onlarla görüşü səbirsizliklə gözləyirəm. Qoy bizi dəstəkləsinlər – uğurlarımızın yarısı onlardan asılıdı. Oyunumla fanatların yaddaşında qalmağa çalışacam.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.