Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Ağstafa rayonunun Qırlı kəndində Həsənsu çayının üzərindəki avtomobil körpüsünün altında 44 partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron, 1 ədəd “Diyamkov” əl qumbarası və 1 ədəd 7.62 çaplı patron darağı) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Beş yüz kvadratmetr ərazi yoxlanılıb.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, bu il yanvarın 1-dən 26-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı rayonlarında, Lənkəran və Gəncə şəhərlərində üç otlaq sahəsinə, bir hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib. Baxış zamanı 1513 partlamamış hərbi sursat, 33 tank əleyhinə və iki piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 17 min 250 kvadratmetr ərazi yoxlanılıb.
1news.az