Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti ilə avtomobillərin hərəkəti üçün yeni yaradılmış zolaq həmin ərazidə yaranan süni sıxlığı aradan qaldırıb.
1news.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin ərazidə yolda edilən dəyişiklik müsbət nəticələr əldə etməyə imkan verib:
“Axşam pik saatlarda Cəfər Cabbarlı küçəsi ilə hərəkət edənlər üçün, səhər saatlarında isə Azərbaycan prospekti ilə hərəkət edənlər üçün süni sıxlıq qeydə alınmır. Hazırda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti normaldır”.
V.Əsədov bildirib ki, nizam-intizamlı olmaq üçün sürücülərin üzərinə böyük məsuliyyət düşür:
“Tələblər düzgün yerinə yetirilsə, hər şey qaydasında olar”.
1news.az