Şahin Mustafayevin Ağdaşda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
26 yanvar, 2017 15:46
İqtisadiyyat naziri Şahin Mustafayevin yanvarın 27-də Ağdaşda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə 1news.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
“Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək”- deyə, nazirlikdən bildiriblər.
1news.az