Azərbaycanın ən böyük quş əti istehsalçılarından olan “Səba” şirkəti bildirib ki, mağazaları istədikləri qədər toyuq əti ilə təmin edə bilər.
“Əgər hər hansı mağaza toyuq əti qıtlığı çəkirsə, birbaşa bizim şirkətin satış üzrə məsul şəxslərinə zəng edib, istədiyi həcmdə quş əti sifariş edə bilər” – bunu “Səba” şirkətindən bildiriblər.
Şirkətin media ilə əlaqələndiricisi əlavə edib ki, “Səba”-nın həm anbarlarındakı, həm də günlük istehsaldakı həcmi hər zamankı kimi ehtiyacları ödəməyə kifayətdir.
Qeyd edək ki, “Səba” şirkəti istehsal etdiyi toyuqları öz becərdiyi dənli bitkilərlə yemləyir. 2016-cı ildə “Səba” ölkədə ilk dəfə olaraq böyük ərazidə soya becərib və toyuğun yem rasionuna daxil olan bu əsas məhsulu da ölkədə yetişdirmənin mümkünlüyünü nümayiş etdirib.
Maraqlanan mağaza sahiblərinin diqqətinə əlaqə üçün “Səba”ASC-nin Satış departamentinin telefon nömrələrini çatdırırıq: (012) 448-16-01; (050) 271-82-38; (050) 271-82-04
Reklam hüququnda