Bakıda turizm sahəsində təhsil alan tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçirilib.
1news.az-ın məlumatına görə, “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə baş tutan təlim “AtaHolding” əməkdaşı Elməddin Hüseynov tərəfindən aparılıb.
Təlimdə fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat verildi. Təlim iştirakçıları arasında fəaliyyətin planlanması, biznes prosesin tərtibi ilə bağlı qrup çalışması keçirilib.
Məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır.
Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və insan resurslarının idarəedilməsi ilə bağlı məsələlərə toxunulub.
1news.az