Xəbərlər

Usain Boltun qızıl medalı əlindən alınıb
25 yanvar, 2017 23:24

İdman tarixində ən güclü atletlərdən hesab olunan yamaykalı Usain Boltun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4x100 metr yarışında qazandığı qızıl medal onun komanda yoldaşının dopinq testinin nəticələrinin müsbət çıxması ilə əlaqədar əlindən alınıb.

Testlər nəticəsində Pekin Olimpiadasında U.Boltun komanda yoldaşı Nesta Karterin qadağan olunan preparatlardan istifadə etdiyi müəyyənləşib. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi həmin yarışda çıxış edən dörd idmançının hamısının - U.Bolt və N.Karterlə birlikdə Asafa Pauellin və Maykl Fraterin də medallarının alınması barədə qərar qəbul edib.

Bu qərardan sonra U.Boltun Olimpiya Oyunlarında qazandığı medalların sayı 9-dan 8-ə düşüb. Həmçinin 2008-ci, 2012-ci və 2016-cı illərdə keçirilən olimpiadalarda 100, 200 və 4x100 metr yarışlarında ardıcıl üç medal qazanaraq tarixə düşən U.Boltun bu göstəricisi də qüvvədən düşüb.

AZƏRTAC

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.